Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi, 2 yaralı - FOTO

Avtoxəbər 20 Yanvar 2018 00:32 Oxunub 1395
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Opel markalı maşın iki avtomobillə toqquşub

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb. Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh