İrandan Rusiyaya kələm aparan şəxsin maşınından xəzinə çıxdı - VİDEO

Gündəm 20 Yanvar 2018 01:59 Oxunub 2463
İrandan Rusiyaya kələm aparan şəxsin maşınından xəzinə çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiya vətəndaşından 528 min dollardan çox vəsait götürülüb

Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh