Bayker motosikleti aşıraraq ağır xəsarət alıb - Bakıda

Qəzalar 20 Yanvar 2018 11:15 Oxunub 642
Bayker motosikleti aşıraraq ağır xəsarət alıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya yüksək sürət səbəb olub

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb. Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh