Bağlanmış banka məxsus avtomobillər hərracda satılıb

Gündəm 20 Yanvar 2018 12:05 Oxunub 3785
Bağlanmış banka məxsus avtomobillər hərracda satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 2 banka məxsus 11 avtomobili açıq hərracda satıb. Avtosfer.az Fonda istinadən xəbər verir ki, hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub. “Bank Standard” QSC-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, eləcə də “Atrabank”ın balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” markalı minik avtomobilləri satılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh