Ucarda atanı öldürüb, oğlunu yaralayan şəxs tutulub

Gündəm 20 Yanvar 2018 11:48 Oxunub 976
Ucarda atanı öldürüb, oğlunu yaralayan şəxs tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Ucar rayonunda ata və oğlunu bıçaqlayan şəxs tutulub. Avtosfer.az-ın APA-ya istinadən xəbər verir ki, cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

----------

 

08:17

 

 

Ucarda ata və oğul bıçaqlanıb. Hadisə  ötən gecə 23:30 radələrində rayon ərazisində baş verib. Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran  Salman oğlu Zahidov  və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh