Paytaxtda maşın oğruları tutuldu - Ancaq "VAZ"

Gündəm 21 Yanvar 2018 00:34 Oxunub 778
Paytaxtda maşın oğruları tutuldu - Ancaq "VAZ"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.  Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib. 

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh