HP şirkəti Azərbaycandakı bu batareyaları geri çağırdı - SƏBƏB

Texnologiya 21 Yanvar 2018 00:47 Oxunub 1357
HP şirkəti Azərbaycandakı bu batareyaları geri çağırdı - SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Batareyalar 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb

HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb. Yanma təhlükəsi yaratması səbəbindən geri çağırılan batareyalar 2015-ci ilin dekabrından 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb. Bu vasitələr, eləcə də aksesuar kimi satılıb və ya şirkətin səlahiyyətli nümayəndəlikləri tərəfindən əvəzedici kimi təqdim edilib. Bildirilir ki, istifadəçilər batareyanın dəyişdirilməsi məsələsi ilə əlaqədar HB xidmət mərkəzlərinə müraciət edə bilər.

Qeyd edək ki, qüsurlu batareyalar aşağıdakı HP noutbuklarında ola bilər:

- HP ProBook (64x seriyalı G2 & G3, 65x seriyalı G2 & G3),

- HP x360,

- HP ENVY m6,

- HP Pavilion x360,

- HP 11,

- HP ZBook (17 G3, 17 G4 və Studio G3). (Trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh