Göyçayda yol tikintisi zamanı torpaq uçqunu: fəhlə öldü

Gündəm 21 Yanvar 2018 00:50 Oxunub 968
Göyçayda yol tikintisi zamanı torpaq uçqunu: fəhlə öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüqar Xəlilovu torpağın altından yarım saatdan sonra çıxarmaq mümkün olub

Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb. Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh