Polis cərimə yazmasın deyə sürücülük vəsiqəsini yedi - VİDEO

Avtoxəbər 21 Yanvar 2018 01:00 Oxunub 2016
Polis cərimə yazmasın deyə sürücülük vəsiqəsini yedi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisədən sonra sürücülüyə namizədin bütün balları silinib

Təcrübəsiz sürücü yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən saxlanılıb və cərimə yazılmasın deyə müvəqqəti verilmiş sürücülük vəsiqəsini yeyib. Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Quizhou şəhərində baş verib. İsmi Xu adlı şəxs təlim avtomobili ilə ona verilmiş müvəqqəti vəsiqəylə təlim sürüşü üçün pullu yoldan istifadə edərkən saxlanılıb. Polis sürücünü avtomobili lazımi yoxlanışdan keçirmədiyi və üzərində "sürücülüyə namizəd" sözü olmadığı üçün cərimələmək istəyib.

Bunu görən sürücü vəsiqəsini polisin əlindən alaraq, yeməyə başlayıb. Hadisə anbaan görüntülənib.

Qeyd edək ki, Çində sürücülük vəsiqəsi almaq üçün maksimum 15 balı toplamaq tələb olunur ki, hadisədən sonra sürücülüyə namizədin bütün balları silinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh