Dayanacaqlarda avtobusun qapısı 2-ci dəfə niyə açılmır? - Səbəb bu imiş ...

Qaydalar 21 Yanvar 2018 09:31 Oxunub 4522
Dayanacaqlarda avtobusun qapısı 2-ci dəfə niyə açılmır? - Səbəb bu imiş ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücülərinə bununla bağlı ətraflı məlumatlar verilib

Sərnişin avtobusun gəldiyini görüb qaçaraq dayanacağa yaxınlaşır, lakin avtobusun qapıları açılmır? Bu barədə redaksiyamıza müraciət edən sərnişinlər bildiriblər ki, hadisə “BakuBus”a məxsus avtobuslarda, daha çox günün pik saatlarında baş verir. Sərnişin avtobusa yaxınlaşıb qapının açılmasını gözləsə də, sürücü reaksiya vermədən dayanacaqdan uzaqlaşır. "Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, sərnişin atobusun dayandığı sarı zolağa daxil olubsa, sürücü avtobusun qapısını açaraq onu götürməlidir: “Avtobus dönmə işarəsini yandırıb avtomobil yoluna çıxmaq istəyirsə, sərnişini götürə bilmir. Bu, yol-hərəkəti qaydalarına görə də təhlükəli vəziyyət yaradır. Sürücülərimizə təlimat verilib ki, dayanacaq ərazisində olan sərnişini mütləq götürməlidirlər. Yox, bu əraziyə daxil olan hər hansı bir sərnişinin avtobusa minməsində sürücü tərəfindən əngəl yaradılarsa, bu zaman *4242 “Qaynar xətt” nömrəmizə müraciət edərək, konkret olaraq hadisənin vaxtı və hansı dayanacaqda baş verdiyi barədə məlumat versinlər. Sürücünün qayda pozuntusu müəyyənləşərsə, məsələ ilə bağlı mütləq tədbir görüləcək. “BakuBus” avtobuslarının uzunluğu 13 metrə çatır. Onun idarə olunması elə şəkildə həyata keçirilməlidir ki, digər yol iştirakçıları üçün maneə yaratmasın. Ona görə də, avtobus sürücülərinə bununla bağlı ətraflı məlumatlar verilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh