İranın ən böyük döyüş gəmisi Xəzərdə iki hissəyə bölünüb

Gündəm 21 Yanvar 2018 10:27 Oxunub 767
İranın ən böyük döyüş gəmisi Xəzərdə iki hissəyə bölünüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Freqatının 100 metr uzunluğa və 1300 ton su sıxışdırmasına malikdir

İranın ən böyük hərbi gəmilərindən biri “Demavend”iki hissəyə bölünüb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bununla belə ölkə hökuməti iddia edir ki, gəmiyə yüngül ziyan dəyib. Yanvarın 10-da İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Demavend”freqatı Xəzər dənizində hava şəraitinin pis olması nəticəsində Bəndər Ənzəli liman şəhərində dalğaqırana çırpılıb. Həmin gün dalğaların hündürlüyü dörd metrə qədər çatıb. Hadisə nəticəsində altı nəfər göyərtədən kənarda qalıb. Sonradan üç dənizçinin öldüyü bildirilib. İran sosial şəbəkələrində yanvarın 17-də qəzaya uğramış döyüş gəmisinin görüntüləri yayılıb. Görüntülərə əsasən, bir həftə keçməsinə baxmayaraq, gəmi daşların üzərindən götürülməyib və onun bir hissəsi artıq suyun altına gedib. Qeyd edək ki, “Demavend” freqatının 100 metr uzunluğa və 1300 ton su sıxışdırmasına malikdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh