Saatlıda polis əməkdaşı bıçaqlandı

Yol polisi 22 Yanvar 2018 00:49 Oxunub 1223
Saatlıda polis əməkdaşı bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir

Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb. Ə.Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh