Bakıda əlil maşını ilə "avtoş"luq edən sürücü belə tutuldu - Film kimi hadisə

Avtoxəbər 22 Yanvar 2018 01:09 Oxunub 7767
Bakıda əlil maşını ilə "avtoş"luq edən sürücü belə tutuldu - Film kimi hadisə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin və 40 polisin köməkliyi ilə saxlanılıb

Dünən səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları "90-UR-366" dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh