İran və Azərbaycan Rəşt-Astara dəmir yolunu birgə maliyyələşdirəcək

Gündəm 22 Yanvar 2018 09:44 Oxunub 804
İran və Azərbaycan Rəşt-Astara dəmir yolunu birgə maliyyələşdirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 "Azərbaycan layihəyə 500 milyon dollar verəcək"

İran və Azərbaycan Rəşt-Astara yolunu birgə maliyyələşdirəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın yollar nazirinin müavini Əsgər Kaşan deyib. Onun sözlərinə görə, hər iki ölkə yolun inşası üçün zəruri investisiyaların 50 faizini təqdim edəcək: "Azərbaycan layihəyə 500 milyon dollar verəcək".

 

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh