Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb

Gündəm 22 Yanvar 2018 09:53 Oxunub 544
Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılanlardan 6-ı sərbəst buraxılıb

Tripoli beynəlxalq hava limanına edilən hücumla əlaqədar 61 nəfər saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, saxlanılanlardan 6-ı sərbəst buraxılıb. Yanvarın 15-də Tripolidə “Mitiqa” beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb. Hava limanında Tripolidə Milli Barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib. 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh