"Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb

Qəzalar 22 Yanvar 2018 11:54 Oxunub 725
"Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb

Türkiyədə "Beşiktaş" klubunun azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Avtosfer.az "Report"a istiandən xəbər verir ki, hadisə fanatların Super Liqanın XVIII turunda "Antalyaspor"la səfər matçından qayıdarkən baş verib. Kütahya - Afyonkarahisar yolunda avtobusun aşması nəticəsində sürücü və 7 sərnişin xəsarət alıb. Yaralılar Kütahya xəstəxanasına çatdırılıb. Onlardan 2-nin durumunun ağır olduğu bildirilir. Qeyd edək ki, matç "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh