3 nəfərin ölümünə səbəb olan sürücülərin məhkəməsi başlayıb

Gündəm 22 Yanvar 2018 12:56 Oxunub 680
3 nəfərin ölümünə səbəb olan sürücülərin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses yanvarın 29-da davam edəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın APA-nya istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Daha sonra zərərçəkmiş şəxslərin hüquqi nümayəndələri çıxış ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəyiblər. Proses yanvarın 29-da davam edəcək. Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Hadisənin baş verməsi nəticəsində R.Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova və daha iki sərnişini ölüb, bir nəfər isə yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh