“Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır”

Gündəm 22 Yanvar 2018 13:41 Oxunub 1765
“Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir

Azərbaycan dünyada dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasındadır. Avtosfer.az xəbər verir ki, “Report” bu barədə həftəlik yenilənən “Global petrol prices” saytına istinadən xəbər verir. Ən son göstəricilərə görə, Azərbaycan dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasında 8-ci sıradadır. Qeyd edək ki, hazırda Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 60 qəpik təşkil edir.

 

Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir.

Dünyada dizel yanacağının ən baha satıldığı ölkə isə İslandiyadır. Burada dizel yanacağının qiyməti 1.97 dollar/litr (3,35 manat) təşkil edir:

Qeyd edək ki, Azərbaycan manatı ilə qiymətlər Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan 1 ABŞ dolları/1,7001 manat məzənnəsinə əsasən hesablanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh