Metroda cibgirlik edən şəxs saxlanılıb

Gündəm 22 Yanvar 2018 13:43 Oxunub 758
Metroda cibgirlik edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olduğu müəyyənləşib. Eyni zamanda onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh