Bakıda üzərində tapança gəzdirən şəxs saxlanıldı - FOTO

Gündəm 22 Yanvar 2018 15:33 Oxunub 749
Bakıda üzərində tapança gəzdirən şəxs saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəlal Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirib

Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əməliyyat tədbiri həyata keçirilib. Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh