SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb - FOTO

Gündəm 22 Yanvar 2018 15:42 Oxunub 777
SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məntəqədə benzin və dizel yanacaq məhsullarının satışı həyata keçiriləcək

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib. Şirkət bu ölkədə “SOCAR” brendli sayca 39-cu YDM-ni istifadəyə verib. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacaq məhsullarının satışı həyata keçiriləcək. 

Məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda yanacaqla təmin ediləcək. Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycan Prezidenti  İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılıb və YDM-də  Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Xatırladaq ki, bu, Braşov regionunda istifadəyə verilən sayca ikinci yanacaqdoldurma məntəqəsidir. SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. “Report”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh