BNA: “Avtobus qəzası nəticəsində xəsarət alan olmayıb

Gündəm 22 Yanvar 2018 15:58 Oxunub 664
BNA: “Avtobus qəzası nəticəsində xəsarət alan olmayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq

Bakıda avtobusla minik maşınının toqquşması nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 BS 743 dövlət nömrə nişanlı sərnişin avtobusu "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza "VAZ 2107" markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzaya uğramış avtobusun BNA-ya məxsus olmasına gəlincə, qurumdan bildiriblər ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur.

Qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh