“Changan” Azərbaycana yeni avtomobil modeli gətirir – FOTO

Avtoxəbər 22 Yanvar 2018 16:37 Oxunub 10022
“Changan” Azərbaycana yeni avtomobil modeli gətirir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Changan Alsvin V3” modeli kompakt sedan tiplidir

Artıq 4 ildir Azərbaycan avtomobil bazarında yer alan Çinin nəhəng avtomobil istehsalçısı olan “Changan” markası avtomobil həvəskarlarına yeni avtomobillər təqdim etməyə hazırlaşır. Fevral ayının sonlarında Azərbaycana gətiriləcək  Changan Alsvin V3 modeli kompakt sedan tiplidir. Avtomobilin əsas üstünlüyü ekonomik olmasındadır. 1.4 litr mühərrik,  4 pilləli mexaniki transmissiya ilə təchiz olunan Alsvin V3 modeli ilkin ödəniş 10% olmaqla, 1 ildən 5 ilədək sadə kredit şərtləri  ilə satışa çıxarılacaq. Alsvin V3 modelidə "Changan" markasının digər modelləri kimi 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. 

Xatırladaq ki, Alsvin modelinin V5 versiyası 2013-cü ildə, V7 versiyası isə 2017-ci ildə Azərbaycanda satışa çıxarılıb. Alsvin V3 modelindən əlavə “Changan” markası yay aylarında kompakt krossover olan “Changan CS 15” modelini və sentyabr ayında “Changan CS 95” SUV-ini avtomobil həvəskarlarına təqdim edəcək.

“Changan” markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru “Sirena Motors” şirkətidir. “Sirena Motors”un təqdim etdiyi avtomobillər haqda ətraflı  məlumatı Sirenamotors.az saytından əldə edə bilərsiniz.

Satış mərkəzlərinin ünvanları:

Mərkəzi satış salonu, Bakı Sumqayıt şosesi 7 ci km. (012) 341 11 33, (012) 341 11 44, (050) 226 32 00

Babək prospekti 2222  (050) 226 32 05

Gəncə şəhəri , Şəmkir şosesi, hava limanının yaxımlığı  (070) 991 19 19

Qaynar xətt: 1630

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ziko 7 Mart 2019 18:11
super