"Ford" 15 mindən çox avtomobili geri çağırıb  

Avtoxəbər 22 Yanvar 2018 17:06 Oxunub 1197
"Ford" 15 mindən çox avtomobili geri çağırıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərar silindr bloku başlığının qızması ilə əlaqədardır

"Ford" Rusiyada 15 mindən çox avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış "Kuqa" və “C-Max” modellərinə şamil olunur. Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır. Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir. Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh