Müştəri “iPhone”nu dişlədi, telefon partladı - VİDEO

Texnologiya 22 Yanvar 2018 23:41 Oxunub 1407
Müştəri “iPhone”nu dişlədi, telefon partladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə “iPhone” cihazlarının batareyalarında olan problemi yenidən gündəmə gətirib

Elektron cihazların yoxlanışı üçün bir sıra effektiv üsullar var. Lakin cihazı dişləmək həmin üsullardan biri deyil. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, üstəlik bu cür yoxlanış az qala ciddi travmalara yol aça bilərdi. Belə ki, müştərilərdən biri özünə “iPhone” almaq istəyir və alışdan öncə onu yoxlamaq qərarına gəlir. Bunun üçün həmin şəxs telefonu dişləyir və bu yolla onun orijinal və ya saxta olduğunu öyrənmək istəyir. Lakin o, smartfonu ağzından çıxardandan sonra “iPhone” partlayıb. Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb.

Bu hadisə “iPhone” cihazlarının batareyalarında olan problemi yenidən gündəmə gətirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh