Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

Qəzalar 23 Yanvar 2018 00:25 Oxunub 651
Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qəza avtobusun iştirakı ilə baş verib

Kolumbiyada sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Noticias24" məlumat yayıb. Məlumata görə, hadisə Antokiya departamentində baş verib. Belə ki, avtobusun yük avtomobili ilə toqquşaraq aşması nəticəsində azı 5 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

Bu, Kolumbiyada gün ərzində baş vermiş ikinci ağır qəzadır. Belə ki, daha əvvəl ölkənin şimalında, Pasto və Tumako şəhərləri arasında sərnişin avtobusunun dərəyə aşması nəticəsində 13 nəfər ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh