Yol polisi Qubada hərəkətə keçdi - FOTO - VİDEO

Yol polisi 26 Dekabr 2014 23:42 Oxunub 2411
Yol polisi Qubada hərəkətə keçdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyən sürücüyə də rast gəlinib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Quba rayonunda reyd keçirib. Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş halda avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyən sürücüyə də rast gəlinib. 

Reyddə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov bildirib ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlərin əsas məqsədi yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar etməkdir. Ə. Məcidov bildirib ki, reydlər davam etdiriləcək. Reyd bu gün Xaçmazda olacaq.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh