Broyler toyuqları kişiləri qadınlaşdırır: döşü böyüyür, səsi dəyişir…

Gündəm 23 Yanvar 2018 00:28 Oxunub 1057
Broyler toyuqları kişiləri qadınlaşdırır: döşü böyüyür, səsi dəyişir…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur

Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir. Avtosfer.az xəbər verir ki, bu barədə Medicina.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva məlumat verib. Bildirib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur: "Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar yaradır. Toyuq ətindəki külli miqdarda hormonal preparat oğlanlarda yalançı süd vəzilərinin böyüməsinə - ginekomastiyaya səbəb olur. Bu hormonlar oğlanlarda qadın hormonu ekstogenlərin cinsi dəyişkənliyini yaradır: bu həm daxili, həm də xaricən, zahiri əlamətlərlə büruzə verir. Hormonal preparatlarla yetişdirilmiş toyuq ətinin uzun müddət qəbulu - hazırkı dövrdə demək olar, hər gün müntəzəm toyuq əti yeyilir – qızlarda yumurtalıqların fəaliyyətinə zərbə vurur. Bu proseslər həm oğlan, həm qızlarda boy qısalığına gətirib çıxarır”.

Həkim çıxış yolunun olduğunu da vurğulayıb: "Biotənzimləyici preparatlarla orqanizmdəki zərərli maddələr, toksinlər heç olmasa ildə bir dəfə təmizlənməlidir. Bu preparatlar orqanizmin öz-özünü daxildən bərpa etməsinə yardım edir, zərərli hormonları kənarlaşdırır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh