Qatardan qaçan məhbusun məhkəməsi başladı - "Qoca" ilə qaçmışdı

Gündəm 23 Yanvar 2018 00:51 Oxunub 917
Qatardan qaçan məhbusun məhkəməsi başladı - "Qoca" ilə qaçmışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əli Ağami və digərlərinə bir müddət əvvəl hökm oxunmuşdu

Şirvan Apellyasiya Məhkəməsində "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə həbsdən qaçan Əli Ağami və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Femida.az -ın məlumatına görə, ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, Ə.Ağami və digərlərinə bir müddət əvvəl hökm oxunub. Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan olunan hökmə əsasən, mərhum Etibar Məmmədov barəsində cəza təyin edilmədən, ittiham hökmü çıxarılıb. Əli Ağami isə cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib. Təqsirləndirilən şəxslər şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, hökm elan olunan iş üzrə E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunub.

Ötən il oktyabrın 23-də isə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

“Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.

Ə.Ağami isə qaçdıqdan bir neçə gün sonra Şirvan şəhərində tutulub. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh