Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlanıb

Yol polisi 23 Yanvar 2018 10:23 Oxunub 1256
Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə protokolların 33,1 %-i sürət həddinin aşılmasına görə yazılıb

Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb. Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35 154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581 656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub.

 

“Protokolların 33,1 %-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4 %-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2 %-i dayanma və ya durma qaydalarının pozulması, 7,6 %-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4 %-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub” - DSK-nın cavabında qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh