Yolda namaz qılan sürücüləri cəza gözləyir

Gündəm 23 Yanvar 2018 17:41 Oxunub 1028
Yolda namaz qılan sürücüləri cəza gözləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimələnəcəklər

Dua edən sürücülər cəzalandırılacaq. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliyində öz avtomobilini yollarda, magistrallarda saxlamaq üçün nəzərəd tutulmayan yerdə qoyaraq namaza gedənlər cərimələcək. Cərimənin miqdarı isə 300 dollara yaxındır. Hökumət bu qərarı əhalinin təhlükəsizliyi üçün atdığını elan edib. Belə ki, sərnişinləri daşıyan avtobus sürücüləri, avtomobil idarə edənlər adətən nəqliyyat vasitələrini harada gəldi saxlayaraq yollarda namaz qılrdılar. Bu isə başqalarının həyatını təhlükəyə atır. Yol polisi namaz üçün yol əvəzinə xüsusi dua otaqlarından, məscidlərdən istifadə etməyi məsləhət görür. Belə otaqlar isə yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında var. Xatırladaq ki, bəznər addım Fransada da atılıb. Ötən ilin sonunda ölkənin daxili işlər naziri Fransanın istənilən şəhərində namaz, dua üçün maşınını nəzərdə tutulmayan yerdə saxlayan, başqalarına maneə törədənlərə qarşı polisin tədbir görəcəyini deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh