Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vətəndaşlarla görüşəcək

Gündəm 23 Yanvar 2018 16:48 Oxunub 753
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vətəndaşlarla görüşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbula Abşeron, Qubadlı, Şuşa, Zəngilan və Sumqayıt sakinləri gələ bilər

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 26-da, saat 11:30-da Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək. Bu barədə Avtosfer.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir sakinlərə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh