Ramil Usubov 2018-ci ili YPX əməkdaşları üçün “Etik-davranış ili” elan edib

Yol polisi 24 Yanvar 2018 14:31 Oxunub 1873
Ramil Usubov 2018-ci ili YPX əməkdaşları üçün “Etik-davranış ili” elan edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcək"

“Polis əməkdaşları hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir”. Avtosfer.az-ın xəbərinə görə, bunu bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin (YPX) əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh