İşıqforun qırmızı işığında keçib digər avtomobillə toqquşub - FOTO

Qaydalar 25 Yanvar 2018 09:43 Oxunub 1616
İşıqforun qırmızı işığında keçib digər avtomobillə toqquşub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, "90-AR-681" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili idarə edən 1990-ci il təvəllüdlü Novruzəliyev Abdulkərim Müzəffər oğlu Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib. Nəticədə o, Bakıxanov küçəsində hərəkətdə olan "Audi" markalı avtomobilə çırpılıb. Qəza zamanı A.Novruzəliyev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hər iki avtomobil deformasiyaya uğrayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh