Atatürk prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

Avtoxəbər 27 Dekabr 2014 12:00 Oxunub 1353
Atatürk prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur

Bakının Atatürk prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Ayna Sultanova parkı istiqamətində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Kamal 10 Noyabr 2014 22:55
Hörmətli admin.. Yol Bağlanması ilə əlaqəli elan verdikdə zəhmət olmasa xəritə ilə göstərinki sürücülər bilsin.. Küçə adları ilə onsuzda heç kim bilmir.