Bakıda yarışa çıxan “Mercedes” başqa maşına çırpıldı - Qəza anının VİDEOSU

Avtoreyd 26 Yanvar 2018 02:00 Oxunub 2094
Bakıda yarışa çıxan “Mercedes” başqa maşına çırpıldı - Qəza anının VİDEOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avtoş"lar Binəqədidə yarış zamanı yol-nəqliyyat hadisəsi törədib

Bakıda yarışa çıxan “Mercedes” maşına çırpılıb. Qəza anı hərəkətdə olan digər nəqliyyat vasitəsində olan kamrelara görüntülənib. Görüntülərdən də göründüyü kimi, əvvəlcə ağ rəngli “Mercedes” markalı avtomobil yüksək sürətlə təhlükəli manevr edərək hərəkəti davam etdirir. Bu zaman onun arxasınca sürətlə gələn digər “Mercedes” markalı avtomobil yolun sol zolağı ilə hərəkət edən avtomobilə arxadan çırpılır. Hadisə zamanı qəzanı törədən “Mercedes”in sürücüsü yüngül xəsarətlər alıb. Qəza yerinə yol polis əməkdaşları gəliblər. Sürücülərin izahatı alınıb. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh