Metroda bunu etmək qəti qadağandır - Açıqlama

Qaydalar 26 Yanvar 2018 08:26 Oxunub 2056
Metroda bunu etmək qəti qadağandır - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları həmin şəxsləri gördükləri təqdirdə dərhal ərazidən uzaqlaşdırılar

Polis və metropoliten əməkdaşlarının səylərinə baxmayaraq, bu gün metroda dilənçilik edən şəxslərə rast gəlmək mümkündür. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, metro ərazisində istər stansiya, istərsə də qatarlarda bu fəaliyyətlə məşğul olmaq qəti qadağandır: “İstər bizim əməkdaşlar, istərsə də polis əməkdaşları həmin şəxsləri gördükləri təqdirdə dərhal ərazidən uzaqlaşdırılar. Həmin şəxslər metroya normal sərnişin kimi daxil olur. Yəni, o sərnişinin kim olduğunu bilmirik. Bu, eyni zamanda sərnişinləri narahat edən bir durumdur. Sərnişinlərdən xahiş edirik ki, belə hallarla qarşılaşan zaman metropoliten işçilərinə məlumat versinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh