Əfsanə geri qayıdır - FOTO

Avtosfer Foto 26 Yanvar 2018 18:33 Oxunub 1770
Əfsanə geri qayıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lüksün ən bahalı forması

"Range Rover"in əfsanəsi geri qayıdır. Həm də 48 illik fasilədən sonra. Yenilik bir neçə həftə sonra - mart ayının 6-da Cenevrə Avtomobil sərgisində nümayiş olunacaq. Bu, 1970-ci ildən sonra hazırlanan ilk iki qapılı (Evoque istisnadır) "Range Rover"dir. Avtosfer.az-ın məlumatına görə, "SV Coupe" adlı maşın "Land Rover Special Vehicle Operations" tərəfindən məhdudu sayda- ancaq 999 ədəd istehsal ediləcək. Maşın il sonunda satışa çıxacaq. Dünyanın ilk tam həcmli lüks "SUV Coupe"si kimi təqdim edilən maşın "Land Rover"in ən bahalı modellərindən biri kimi də tanınmalıdır.

Maşın həm daxildən, həm də xaricdən son dərəcə şık dizayna sahibdir. İlk rəsmi fotoda dəri salon, döşəmələr, taxtadan trime onun nə dərəcədə lüks olduğunu sübut edir. 575 at gücündə 5 litrlik V8 mühərrikə sahib olması gözlənilən modelin qiyməti dəqiqləşməyib. Amma onun dəyərinin "Range Rover SVAutobiography"dən (adıçəkilən markanın ən bahalı maşını) belə üstün olacağı gözlənilir.

http://istipress.com/media/image/5a69b984e556b/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh