Bağdadın ən dar küçəsi - FOTO

Maraqlı 26 Yanvar 2018 19:56 Oxunub 1637
Bağdadın ən dar küçəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dərbunə"də qapısı küçəyə açılan 8 ev var

İraqın paytaxtı Bağdadda 90 illik qədim evlər arasında yerləşən və 30 santimetr eni olan yol, qədim şəhərin "ən dar küçəsi" kimi tanınır. Bağdadın qədim qəsəbələrindən sayılan Kəsrədə yerləşən küçənin uzunluğu təxminən 70 metrdir. Küçə həddən artıq dar olduğu üçün yerli əhali tərəfindən ora "dərbunə" (dar küçə) adı verilib. Bu dar küçədə yaşayanlardan kimsə dünyasını dəyişərsə, tabutu damdan yan küçədə yerləşən evə gətirərək qəbiristanlığa aparırlar.

"Dərbunə"də qapısı küçəyə açılan 8 ev var. Küçənin sakinləri aztəminatlı ailələrdən ibarətdir. Evlərin köhnə, baxımsız və kiçik olması burada yaşayanların gündəlik həyatını xeyli çətinləşdirir.

 

faktxeber

ŞƏRH YAZ
Ad

E-mail

Şərh