Saray qəsəbəsində avtobus problemi yaşanır - VİDEO

Xəbərlər 26 Yanvar 2018 22:49 Oxunub 2885
Saray qəsəbəsində avtobus problemi yaşanır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların Sumqayıta buraxılmaması sakinlərə çətinliklər yaradıb

Sərnişin avtobuslarının Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlər yolda qalıb. Söhbət Abşeron rayonu, Saray qəsəbəsindən gedir. 522 nömrəli marşrut xətti izrə işləyən avtobuslar "Yeni Saray" adlanan yaşayış massivindən keçməklə Sumqayıta və ya əks istiqamətə hərəkət edib. Hazırda həmin marşrut xətti dayandırılıb. Avtobusların Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlərə, eləcədə şagirdlərə çətinliklər yaranıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Əhməd Rüstəmov deyir ki, xidməti marşrutlar kiçik tutumlu olduğundan, artıq istismar müddətini başa vurub və yenisi ilə, daha iri həcmli avtobuslarla əvəz olunması nəzərdə tutulub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də bildirildi ki, qeyd olunan marşruta müasir tipli, orta tutumlu avtobusların buraxılması nəzərdə tutulub. Lakin həmin avtobusların hərəkət etdiyi Saray qəsəbəsinin küçə və yollarının əsaslı təmiri üçün aidiyyəti qurumlara müraciət edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh