Robot və dronlara 103 milyard dollar xərclənəcək

Texnologiya 27 Yanvar 2018 11:10 Oxunub 1286
Robot və dronlara 103 milyard dollar xərclənəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2021-ci ilə bu sahə üzrə xərclər 2  dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq

"IDC" analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2  dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq. Avtosfer.az ICTnews-a  istinadən bildirir ki, analitik şirkətin məlumatına görə, 2018-ci ildə robotlara xərclər 94 milyard dollar təşkil edəcək. Bu halda robot texnikası üzrə qlobal xərclərin 70%-dən çox hissəsi sənaye robotlarının payına düşəcək. Həmçinin xidmət göstərən robotlara və istehlak modellərinə yüksək tələbat olacaq. "IDC"-nin proqnozuna görə, 2018-ci ildə dünyada pilotsuz uçan aparatların satınalmasına 9 milyard dollar xərclənəcək. Analitiklərin fikrincə, dronlara xərclərin 50%-dən çoxu korporativ istifadə üçün nəzərdə tutulmuş modellərin payına düşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh