BNA paytaxtda yeni yol nişanları quraşdırıb - FOTO

Avtosfer Foto 27 Yanvar 2018 18:11 Oxunub 1805
BNA paytaxtda yeni yol nişanları quraşdırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarda 78 ədəd yeni yol nişanı quraşdırılıb

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb. Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb. Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazadə küçəsindədir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh