“Apple” sürücüsüz avtomobillərin parkını 9 dəfə artırdı
Avtodünya 27 Yanvar 2018 19:00 235 dəfə oxunub
“Apple” sürücüsüz avtomobillərin parkını 9 dəfə artırdı
Məlumat Kaliforniya ştatının Avtonəqliyyat Departamentinə göndərilən sorğuya cavab olaraq əldə edilib

“Apple” korporasiyası Kaliforniyada sınaqdan keçirilən sürücü olmayan avtomobillərin parkını genişləndirib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, məlumdur ki, 2016-cı ilin dekabrında “Apple” şirkəti sürücüsüz avtomobillərin tərtibatı ilə məşğul olmaq planlarının olduğunu açıqlayıb. Nəşrin məlumatına əsasən, “Apple”in sürücüsüz avtomobillərinin parkı 3-dən 27 ədədə qədər artıb. Belə bir məlumat Kaliforniya ştatının Avtonəqliyyat Departamentinə göndərilən sorğuya cavab olaraq əldə edilib. “Bloomberg”in jurnalistlərinin fikrincə, bununla da “Apple” rəqiblərini geridə qoymaq istəyir. Bundan əvvəl isə mütəxəssislər qeyd ediblər ki, sürücüsüz avtomobillər üçün texnologiyaların tərtibatı sayəsində lider “Waymo” və “General Motors” şirkətləridir. “Apple” isə “Tesla” ilə birgə geridə qalanların sırasındadırlar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh