Kiçik həcmli yük maşını aşdı: sürücü xəsarət alıb - Ağdaşda

Qəzalar 28 Yanvar 2018 10:18 Oxunub 968
Kiçik həcmli yük maşını aşdı: sürücü xəsarət alıb - Ağdaşda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə maşının təkərinin partlaması nəticəsində baş verib

Ağdaşda yük maşınının aşması nəticəsində 1 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü Tovuz rayon sakini Ələkbərli Ələkbər Faiq oğlunun idarə etdiyi "Qazel" markalı maşının hərəkətdə olan zaman anidən təkəri partlayıb və o, yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza Bakı-Qazax yolunun 283-cü km-də baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh