Sürücü yol polisini hədələdi - “Protokol yazsan, maşını yandıracam”

Yol polisi 28 Yanvar 2018 23:47 Oxunub 1763
Sürücü yol polisini hədələdi - “Protokol yazsan, maşını yandıracam”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Post-patrul xidmətinin əməkdaşları gələndən sonra sürücü sakitləşib

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb. Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib.

Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh