Bakıda yol buz bağladı - Zəncirvari qəza baş verdi; 2 yaralı var - FOTO
Avtoxəbər 29 Yanvar 2018 00:39 1150 dəfə oxunub
Bakıda yol buz bağladı - Zəncirvari qəza baş verdi; 2 yaralı var - FOTO
Polislər yola duz səpərkən sürətlə gələn 111 nömrəli "BMW" dəmir arakəsməyə çırpılıb

Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, "Mercedes", "Hyundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb. Yaralılardan biri 1992-ci il təvəllüdlü  Qurbanov Orxan İlqar oğludur. Onun vəziyyəti ağırdır. Digərinin adı hələ ki, məlum deyil. Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər. YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn 99-LS-111 dövlət qeydiyyat nişanlı "BMW" markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh