Oğurluq akkumulyator satan şəxs tutulub - FOTO

Avtosfer Foto 29 Yanvar 2018 01:29 Oxunub 1796
Oğurluq akkumulyator satan şəxs tutulub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, akkumulyatorları Salyandakı fermanın maşınından oğurlayıb

Salyanda oğurluqla məşğul olan şəxs saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Bəşirbəyli kənd sakini İsmayılov Qalib Ağası oğlu Qaraçala qəsəbəsindəki “Hacı Camalxan” kəndli-fermer təsərrüfatına məxsus “DAF” markalı yük maşınından iki ədəd akkumulyator oğurlayaraq Şirvan şəhərində satarkən polis əməkdaşları tərəfindən tutulub. Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh