Polis sürücüləri qəzadan qorumaq üçün mağazadan duz alıb yola səpdi – FOTO

Yol polisi 29 Yanvar 2018 02:43 Oxunub 3088
Polis sürücüləri qəzadan qorumaq üçün mağazadan duz alıb yola səpdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbail rayonu ərazisində buz bağlayan yola DYP və ÇPA əməkdaşları cəlb edilib

Dünən gecə yarısı Bakının Səbail rayonunda yol buz bağlayıb. Nəticədə Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, əraziyə Səbaiı rayon Polis İdarəsinin və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün mağazalardan duz alaraq yola səpiblər. YPX əməkdaşları həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləsə də, yüksək sürətlə gələn “BMW” markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Ərazidə qısa zamanda təhlükəsizliyi təmin edərək başqa maşınların qəzaya düşməsinin qarşısını alan polislər Avtosfer.az-a bildirib ki, düzdür, yola duz səpmək polisin işi olmasa da, həmin an kimisə gözləmək mümkün deyildi: “Ona görə də, pul verib mağazadan duz alıb sürüşkən əraziyə səpdik. Hadisə yerindən bir qədər əvvələ isə naryad qoyub sürücülərə xəbərdarlıq etdik ki, sürəti aşağı salsınlar. Beləliklə, ərazidə təhlükənin qarşısını ala bildik”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh