Sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 29 Yanvar 2018 09:54 Oxunub 2146
Sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az sualın doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitələrinin qarşılıqlı keçmə qayadaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü bu vəziyyətdə nə etməlidir?

a) Maneə onun hərəkət etdiyi tərəfdə olmadığına görə daralan yerdən ilk olaraq keçib getməlidir;

b) Dayanıb qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir;

c) Sürücülər öz aralarında razılığa əsasən maneənin yanından keçməlidirlər.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin VII hissəsinə uyğun olaraq, 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Sürücü bu vəziyyətdə dayanıb qarşıdan gələn (yoxuşla yuxarı gedən) nəqliyyat vasitəsinə yol verməlidir.

Suala ilk doğru cavabı Xaləddin adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Xaleddin 7 Fevral 2018 13:06
Menim nomremi qeyd eledim menle elaqe saxlanmadi axi Sene 5 manatliq kontur yuklenib bir nece gun evvel