Yaponiya polisi cinayətlərin üstünün açılması üçün süni intellektdən istifadə edəcək

Texnologiya 29 Yanvar 2018 11:55 Oxunub 1442
Yaponiya polisi cinayətlərin üstünün açılması üçün süni intellektdən istifadə edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq bu şəkildə cinayətin olacağını hələ heç vaxt proqnozlaşdırmaq mümkün olmayıb

Yaponiya polisi cinayətlərin üstünün açılması və qarşısının alınması üçün süni intellekt sistemlərindən istifadə etməklə bağlı eksperiment aparmağa qərar verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, eksperiment ölkənin ən sıx məskunlaşma olan bölgələrindən birində - paytaxt Tokioya bitişik Kanaqava prefekturasında keçiriləcək. Aprel ayından etibarən region polisinə müxtəlif tipli və bir-biri ilə əlaqəli olmayan, o cümlədən sosial şəbəkələrdən əldə olunmuş məlumatların təhlilini həyata keçirəcək özü-özünü öyrədən kompüter sisteminin tətbiqi üçün maliyyə ayrılacaq. Güman edilir ki, bu, qanunu pozan şəxslərin müəyyənləşdirilməsinə, onların növbəti addımlarını, o cümlədən yeni cinayətlərin törədiləcəyi vaxtın və yeri proqnozlaşdırmağa yardım edəcək. Sistem riyazi statistikanın ən müasir metodlarını tətbiq edəcək. Yaponiya polisi əvvəllər də kompüter analizindən qismən istifadə edib. Onun yarıdmı ilə əlavə patrul xidmətinin tələb olunduğu yerlər - ən kriminogen bölgələr müəyyən edilib. Ancaq bu şəkildə cinayətin olacağını hələ heç vaxt proqnozlaşdırmaq mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh